Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi azalıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin oktyabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,759 milyon barel neft nəql edilib.

İndex.az Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 936 min barel və yaxud 5,9 % çoxdur.

Bu ilin yanvar-oktyabr ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 164,958 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin 10 aylıq göstəriciləri ilə müqayisədə 11,007 milyon barel və yaxud 6,25 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT