Image description

"Günay Sığorta" nominal dəyəri 1 000 manat olan yeni səhmlər emissiya edib.

29 mart 2021-ci il tarixində sığorta şirkəti 500 ədəd sayda yeni səhm buraxıb.

Bu səhm paketinin ümumi dəyəri isə 500 min manat təşkil edəcək.

Qeyd edək ki, hazırda "Günay Sığorta"nın nizamnamə kapitalının həcmi 7 milyon 700 min manatdır. Bu artımdan sonra kapitalın həcmi 8 milyon 200 min manata yüksələcək.

Səhmlər hazırda 71.94%-i Yeganə Şirinovaya, 28.06%-i isə Mahmud Məmmədova məxsusdur. Hər iki şəxs həm də "Günay Bank"ın səhmdarlarıdır. Bununla yanaşı, Mahmud Məmmədov "Günay Bank"ın Müşahidə Şurasının sədridir.