Image description

"AtaSığorta" 2020-ci ili 744 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2019-cu ili 663 min manat xalis mənfəətlə bağlamışdı.

Ötən il "AtaSığorta"nın cəmi əməliyyat gəlirləri 18 milyon 981 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 95 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə "AtaSığorta"nın cəmi əməliyyat gəlirləri 26 milyon 381 min manat, cəmi əməliyyat xərcləri isə 25 milyon 698 min manat təşkil etmişdi.

Şirkətin topladığı sığorta haqları 2019-cu ildəki 18 milyon 48 min manatdan 2020-ci ildə 13 milyon 896 min manata, sığorta ödənişləri isə 14 milyon 627 min manatdan 8 milyon 714 min manata geriləyib.

Ötən il "AtaSığorta"nın cəmi aktivləri 24 milyon 360 min manatdan 24 milyon 961 min manata düşüb.

Marja