Image description

2020-ci ildə Rusiyanın avtomobil istehsalçısı olan "AvtoVAZ" şirkətinin daxili və xarici bazarlarda satışları əvvəlki illə müqayisədə təxminən 5% azalaraq 393,8 min avtomobilə düşüb.

 

İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə "AvtoVAZ"ın daxil olduğu "Renault Groupe"un açıqlamasında deyilir.

 

Qeyd olunur ki, ümumilikdə, 2020-ci ildə "AvtoVAZ" 383,9 min minik və kiçik tonnajlı kommersiya yük avtomobili (LCV), 9,8 min "Niva" satıb.

 

Xatırladaq ki, 2019-cu ildə isə avtokonsern tərəfindən 412,4 min avtomobil realizə edilib, onların 362,4 mini Rusiyanın avtomobil bazarının payına düşüb.

 

APA

Bizi Telegram-da izləyin: t.me/indexaz