Image description

Tovuz rayon Alakol kənd sakini, "Balaca kəndli fermer" MMC-nin rəhbəri Abbasov Nadir, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səhlənkarlığı nəticəsində 50 ton məhsulunun yararsız vəziyyətə düşmək üzrə olduğunu iddia edir.

Bu barədə məlumat verən N. Abbasov, ona məxsus 50 ton toxumluq kartofun 10 gündür gömrükdə gözlədiyini və müddət uzandıqca məhsulun yarasız vəziyyətə düşdüyünü bildirir:

"Mart ayının 17-də anbara baxış keçirmələri üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişəm. Mənə ayın 19-da bildirdilər ki, bayramdan sonra baxış keçirəcəyik. İndi gəlmişəm agentliyə, məni qəbul edib, qulaq asan yoxdur. Gömrükdə 50 ton toxumluq kartofum var. Lakin burada heç kim mənim müraciətimə baxmır. Mən başa düşürəm, bu gün bayramdan sonra birinci iş günüdür. Amma orada duran daş deyil, yaş məhsuldur. 10 gündür gömrükdədir və qaldıqca yarasız vəziyyətə düşür. Burada anbarın şəkillərinə baxıb, mənə bildirirlər ki, biz sənə “atqaz” verəcəyik. Mənə deyirlər ki, sənin anbarın suvanmalı və boyanmalıdır. Dedim ki, 3 otaqlı ev alıb, təmir edim ki, oraya kartof yığım?".

Məsələ ilə bağlı AQTA ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Yeniavaz.com