Image description

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın “Avrora” şirkətlər qrupuna istehsalatın genişləndirilməsinə 50 milyon 668.5 min manat (25 milyon avro) məbləğində kredit təqdim edib.

Layihənin maliyyələşdirilməsi iki tranş vasitəsilə həyata keçiriləcək. 12.5 milyon avro məbləğində ilk tranş makaron məmulatlarının istehsalına investisiyalar üçün nəzərdə tutulur. Xüsusilə, qrup makaron fabrikinin tikintisini davam etdirir və borc vəsaitinin bir hissəsini qısamüddətli kreditlərin təkrarmaliyyələşdiriılməsi üçün sərf etməyi planlaşdırır.

12.5 milyon avro məbləğində ikinci tranş peçenye və biskvit istehsalının maliyələdşirilməsi, o cümlədən avadanlığın satın alınmasına sərf olunacaq.

Kredit tam olaraq Azərbaycan manatı ilə təqdim olunub.

Layihənin ümumi dəyəri 56 milyon 748.72 min manatdır.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 175 layihənin maliyyələşdirilməsinə 3,4 milyard avro ayırıb. 2020-ci ildə AYİB Azərbaycanda 6 layihənin həyata keçirilməsinə 17 milyon avro ayırıb.

Interfax-Azerbaijan

Bizi Telegram-da izləyin: t.me/indexaz