Image description

Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar-fevral dövrünü 73,1 milyon manat xalis mənfəətlə başa vurub.

Mərkəzi Bankın açıqladığı rəqəmlərdən aydın olur ki, bank sektoru 2021-ci ilin yanvar ayında 25,4 milyon manat xalis mənfəət əldə etmişdi. Beləliklə, yanvar ayı ilə müqayisədə fevralda bank sektorunun xalis mənfəəti 2,9 dəfə artıb.

Azərbaycanın bank sektoru 2020-ci ilin yanvar-fevral dövrünü 97,9 milyon manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun xalis mənfəəti 25,3% azalıb.

Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz