İlk orijinal “Apple” kompüteri hərraca çıxarılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Şirkətin təsisçiləri Stiv Cobs və Stiv Voznyak tərəfindən 45 il əvvəl hazırlanmış orijinal, əl işi “Apple” kompüteri hərraca çıxarılır.

İndex.az “Euronews”a istinadən xəbər verir ki, ilk funksional “Apple-1”in Kaliforniyada hərracda 600 000 dollara satılacağı gözlənilir. Həmçinin "Chaffey College" adlanan “Apple-1” qarajda istehsal edilib. Eyni şəkildə, bu qarajda təxminən 200 "Apple-1" hazırlanıb.

Qeyd edək ki, satışda olan kompüteri daha nadir hala gətirən odur ki, o Havay adalarından gələn zəngin naxışlı ağac - koa ilə üzlənib.

Yeniavaz.com

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT