Əmək qabiliyyətinin itirilməsinə görə müavinətlər üçün vəsait artırılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin maliyyələşdirilməsi üzrə 52 mln. manat vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.

İndex.az xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 8,8 mln. manat və ya 20,4%, 2020-ci ilin icra göstəricisindən isə 19,1 mln. manat və ya 58,1% çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.

APA

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT