Dəfn üçün müavinət xərcləri artacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il dəfn üçün müavinət xərclərinin maliyyələşdirilməsi üzrə tələb olunacaq vəsait 45 mln. manat olaraq müəyyənləşdirilib.

İndex.az APA-ya istinadən xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin proqnoz göstəricisindən 11,4 mln. manat (33,9 faiz), 2020-ci ilin icra göstəricisindən isə 19,1 mln. manat (73,7 faiz) çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT