Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin etdi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin edib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə ləğv olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin sabiq rəisi Bağırov Sabir Nadir oğlu nazirin köməkçisi təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Bu qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT