“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”: Belə elanlara inanmayın!

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Son zamanlar bəzi internet resurslarında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin adından işə qəbulla bağlı saxta elanlar yayılır və bunun üçün vətəndaşlardan ödəniş tələb edilir.

İndex.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin məlumatında deyilir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ictimaiyyəti belə elanlara inanmamağa çağırır.

Qurum bildirir ki, Bakı Limanına işə qəbulla bağlı elanlar www.portofbaku.com rəsmi internet səhifəsində və rəsmi sosial şəbəkə səhifələrində verilir, CV-lər "hr@portofbaku.com" ünvanında qəbul edilir: “unun üçün isə namizədlərdən hər hansı ödəniş tələb edilmir və proses tam şəffaf formada həyata keçirlir. Bir daha cəmiyyəti belə saxta məlumatlara aldanmamağa çağırırıq”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT