“Apple Pay” artıq “Bank Respublika” kart sahibləri üçün əlçatan olur

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gündən etibarən “Bank Respublika” kart sahibləri “Apple Pay” vasitəsilə ödəmələri daha təhlükəsiz, əminli və məxfi şəkildə edə bilərlər. “Apple Pay” istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi “iPhone”nun innovativ texnologiyaları ilə təmin olunur.


Ödənişi həyata keçirmək üçün müştəri sadəcə “iPhone” telefonunu və ya “Apple Watch” saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. “Apple Pay” vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu “Face ID”, “Touch ID” və ya cihazın parolu ilə təsdiq etməlidir və, bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. “Apple Pay” ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.

Bundan əlavə, müştərilər “Apple Pay” vasitəsilə “iPhone”, “iPad” və “Mac” cihazlarına yüklənmiş tətbiqlərdə və ya “Safari” internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alışveriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və qəliz formaları doldurmağa lüzum qalmır. “Apple Pay” ilə yemək və ərzaq çatdırılmasını, onlayn alışverişi, biletləri eldə etmək və digər ödənişləri etmək çox rahatdır. “Apple Pay” həmçinin “Apple Watch” tətbiqlərindəki ödəmələr etmək üçün istifadə oluna bilər.

Təhlükəsizlik və məxfilik “Apple Pay”in əsasında durur. Siz kredit və ya debit kartınızı “Apple Pay”ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də “Apple” serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə “iPhone”da “Wallet” (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən “Bank Respublika” kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart “iPhone”, “Apple Watch”, “iPad” və ya “Mac” cihazına əlavə olunan andan müştəri həmin cihazda “Apple Pay”dən istifadə edə bilər. Müştəri “Bank Respublika”nın öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir.

“Apple Pay” barədə təfərrüat ilə http://www.apple.com/apple-pay/ saytında tanış ola bilərsiniz.
“Bank Respublika” haqqında daha ətraflı məlumat burada: https://www.bankrespublika.az/

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT