Image description

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana 5,251 mln. ABŞ dolları dəyərində 1 042 yeni hibrid avtomobili idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,4%, miqdar ifadəsində 18,2% azdır.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hibrid avtomobillərin ümumi avtomobillərin idxalındakı çəkisi 11% təşkil edib. Bu, illik müqayisədə dəyişməz olaraq qalıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycana 28,032 mln. ABŞ dolları dəyərində 5 080 yeni hibrid avtomobili idxal edilib. Bu, illik müqayisədə 2,7 dəfə çoxdur. Ötən il ən çox hibrid avtomobil Yaponiyadan gətirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Yaponiyadan 21,315 mln. dollarlıq yeni 4 752 hibrid avtomobil idxal edib ki, bu da illik müqayisədə 39,8% çoxdur.