Image description

Bu ilin yanvar-fevral aylarında Azərbaycan diri heyvanların idxal-ixracını kəskin azaldıb.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın diri heyvan idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 % azalaraq 4,4 milyon ABŞ dolları dəyərində olub.
Hesabat dövründə diri heyvan idxalı Azərbaycanın ümumi idxalının 0.27 %-ini təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın diri heyvan ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 % azalaraq 57.50 min ABŞ dollar dəyərində olub.
Report