Image description

Ötən sutka ərzində bitkoinin 8% ucuzlaşaraq 53 min dollara (iki həftəlik minimum) enməsi kriptobirja istifadəçilərinə 1.65 milyard dollar zərər vurub.

Bybt servisinin məlumatlarına əsasən, son 24 saatda 237 min treyderin mövqeyi ləğv olunub, hətta onlardan biri 10 milyon dollar itirib.

Uzunmüddətli marjinal mövqe açan treyderlər 978 milyon dollar itirdiyi halda, Ethereum-un bahalaşmasına yatırım edənlər 247 milyon dollar zərər edib.

Sukta ərzində rəqəmsal pulların bazar dəyəri 6% azalaraq 1.7 trilyon dollara enib. Hazırda kriptovalyutaların ticarət dövriyyəsi 192 milyard dollar təşkil edir.

Bitkoinin sənayedəki payı 58.2%-dək azalıb.