Ani Ödənişlər Sisteminə 4 bank qoşulub

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminə (AÖS) daha 4 bank qoşulub.

İndex.az AMB-yə istinadən xəbər verir ki, bunlar "Bank Avrasiya", "Muğan Bank", "PAŞA Bank" və "Premium Bank" ASC-lərdir. Həmin banklar müştərilərinin ödəniş kartlarına bağlı olan bank hesablarından AÖS-də istifadəni təmin edib. Beləliklə, onların müştəriləri üçün də ödəniş kartlarına bağlı olan bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafədən qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə imkanlar yaradılıb.

Hazırda 20 bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. İstifadəçilər AÖS-ün “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə 24/7/365 rejimində əməliyyatlarını anında həyata keçirə bilərlər. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT