“Unibank”ın 15 milyon dollarlıq istiqrazını 23 investor aldı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 6 təqvim ili olan AZ2012002021 dövlət qeydiyyat nömrəli, 15.000.000,00 dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

İndex.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 23 investor tərəfindən 24 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 6 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,000,000.00 dollar təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edib.

Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT