Dövlət xətti ilə 300 milyon manatlıq ipoteka krediti verilib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 2021-ci ilin 10 ayı ərzində vətəndaşlara Fondun fəaliyyət dövrü ərzində illər üzrə ən yüksək məbləğdə və sayda ipoteka krediti verilib.

İndex.az Fonda istinadən xəbər verir ki, Fondun xətti ilə cari ilin yanvar ayından bugünədək müvəkkil banklar tərəfindən 4538 sayda 300 mln. manat məbləğində ipoteka kreditinin verilməsi təmin edilib.

Ümumilikdə, 2006-cı ildən bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 940 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT