"Naxçıvanbank"ın aktivləri kəskin azalıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Naxçıvanbank" ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında 5.9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 804 min manat azdır.

Index.az maliyyə hesabatına istinadən xəbər verir ki, xalis mənfəətin azalmasına bankın bu il mənfəət vergisi ödəməsi səbəb olub.

"Naxçıvanbank"ın əməliiyat mənfəəti ötən illə müqayisədə cüzi dəyişib və 8.5 milyon manat təşkil edib.

Hazırda bankın aktivləri 205.7 milyon manat təşkil edir. Halbuki, 2020-ci ilin sonunda bu göstərici 298.6 milyon manat idi.

Hesabat əsasən, bankın məcmu kapitalı (Mərkəzi Bankın minimum tələbi - 50 milyon manat) 91 milyon manatdır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT