“Nissan” avtomobil istehsalını 30% azaldır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Yaponiyanın avtomobil istehsalçısı – “Nissan” oktyabr və noyabr ayları üçün planlaşdırılan istehsal həcmlərini 30 % azaldır.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb yarımkeçirici çiplərin kəskin çatışmazlığıdır. Şirkət iki ay ərzində 583 min avtomobil istehsal etməyi planlaşdırır.

Xatırladaq ki, qlobal çip böhranına görə dünyanın aparıcı şirkətləri avtomobil istehsalını dayandırmaq və ya məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Belə ki, “Toyota Motor Corp” noyabrda avtomobil istehsalını 15 % azalacağını bəyan edib.

Report

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT