2 854 bankomat, 61 100-dən POS-terminal…

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu il oktyabrın 1-nə Azərbaycanda 2 854 bankomat olub.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-nə nisbətən 8,1% çoxdur.

Bankomatların 1 510-u Bakıda, 1 344-ü isə regionlarda yerləşir. Bunlar isə illik müqayisədə müvafiq olaraq 9,2% və 6,9% çoxdur.

Bundan başqa, sentyabrın sonuna Azərbaycanda 61 109 POS-terminal olub. Bu isə 1 il əvvələ nisbətən 7,1% çoxdur.

POS-terminalların 40 566-sı Bakıda, 20 543-ü isə regionlarda yerləşir. Bunlar isə 1 il əvvəllə müqayisədə müvafiq olaraq 8,7% və 4,1% çoxdur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT