Tikinti materiallarının istehsalı kəskin artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 625,4 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 72,2% çoxdur.

Index.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə respublikada 2 milyon 544,7 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çoxdur.

Yanvar-sentyabr aylarında 21 min ton (artım 46,9%) tikinti gipsi, 57,7 min ton (artım 98,3%) sementdən kərpic və tikinti blokları, 1 milyon 971,2 min ton (artım 36,4%) hazır beton qarışığı, 26,5 min ton (artım 9,1%) tikinti əhəngi, 476,8 min kubmetr (artım 22,8%) tikinti kərpici, 30,854 min ton (artım 58,1%) işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar, 52,8 min kubmetr (artım 2,1 dəfə) yığma beton konstruksiya istehsal edilib.

Hesabat dövründə asfalt istehsalında 15,6% azalma (108,4 min ton) qeydə alınıb.

Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT