Badamdardakı sürüşmə sahəsində son vəziyyət açıqlandı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Badamdarda, "20-ci sahə" kimi tanınan ərazidə baş verən sürüşmə zonasında ikinci terras üzrə dəmir-beton svayların hörülməsi işləri həyata keçirilir”.

Index.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” inustutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib.

“Bu məhrələ də yekunlaşandan sonra yamacın yuxarı hissəsində ankerlənmə işləri davam edəcək. Bu da yamac bərkitmə işlərinə aiddir. Burada dərinliyi 5-6 metr olmaqla ankerlər vurulacaq və daha sonra üzəri betonla hamarlanacaq. Bu işlər bitəndən sonra isə sürüşmə sahəsində ehtimal olunan infiltrasiya olunmuş digər sular kənarlaşdırılacaq. Tam yekunlaşan zaman isə yamacda abadlıq işləri aparılacaq. Yamac bərkitmə işləri bu ilin axırına kimi hava şəraitindən asılı olaraq həyata keçiriləcək. İlin axırına qədər layihə üzrə planı yerinə yetirməyi planlaşdırırıq", - o vurğulayıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT