Image description

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xaricə qaz satışı 3.3 milyard kubmetr təşkil edib.

Bu nəticəyə Energetika Nazirliyinin cari ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatların təhlili zamanı gəlmək olur.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32% çoxdur. Bu ilin yanvar-fevral ayında 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15.6% çox, yəni 2 milyard kubmetr, Avropaya təqribən 783 milyon kubmetr, Gürcüstana isə 497 milyon kubmetr qaz ixrac edilib.

Bu dövrdə BTC boru kəməri sisteminə 18 milyon kubmetr qaz verilib.