Günəşdən aldığımız enerji artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 783,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 5,6 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 12,9 % artaraq 322,7 milyon manat təşkil edib.

Ötən 9 ay ərzində Azərbaycanda 19 milyard 329,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur. Bunun 18 milyard 735,4 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 7,3 % çoxdur.

Bunun 997 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 14 % çoxdur.

Bunun 17 milyard 629,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 7 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 65,7 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 10,2 % azdır.

Yanvar-sentyabr aylarında ölkədə 42,9 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə 15,9 % çoxdur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT