Image description

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 15.6% çox, yəni 2 milyard kubmetr qaz ixrac edib.

Bu nəticəyə Energetika Nazirliyinin cari ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatların təhlili zamanı gəlmək olur.

Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 919 milyon kubmetr qaz nəql olunub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.