“Google”da düzgün axtarışın beş sirri

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

@boshnikof ləqəbli rusiyalı bloqer hər hansı bir sorğu üçün ən uyğun məlumatı tapa bilmək üçün “Google”da düzgün axtarışının beş sirrini açıb.

Bununla bağlı video bloqerin “TikTok” hesabında yerləşdirilib.

Videonun müəllifi iddia edir ki, ən vacib ifadələr dırnaq (“”) işarəsinin içində yerləşdirilsə, “Google” hər sözü ayrı-ayrılıqda yox, bütövlükdə axtaracaq.

Unudulmuş sözün yerinə isə o, ulduz (*) işarəsi qoymağı məsləhət gördü. Beləliklə, axtarış motoru sorğunu özü tamamlayacaq.

Bloqer axtarış nəticələrində lazım olmayan sözləri necə silə biləcəyinizi də izah edib. Bunu etmək üçün lazımsız sözün önünə defis (-) qoyulmalıdır.

Dördüncü üsul “Filetype” funksiyasından istifadə etməkdir. “Google”un yalnız müəyyən fayl növlərini göstərməsi üçün axtarış çubuğuna “Filetype” yazmalı, iki nöqtə (:) qoymalı və “pdf”, “pptx” və ya başqa bir format göstərməlisiniz.

“Və beşincisi: lazımsız durğu işarələrini çıxarın. “Google” onsuz da onları anlamır”, - deyə videonun müəllifi sözlərini yekunlaşdırıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT