Benzin və dizelin istehsalı artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 282 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 17,7 % çoxdur.

Hesabat dövründə 915,2 min ton həcmində avtomobil benzini, 1 milyon 883,1 min ton dizel yanacağı, 39,5 min ton sürtkü yağları, 275,4 min ton neft bitumu istehsal edilib.

Belə ki, bu ilin 9 ayı ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 7,4 %, neft bitumunun istehsalı 9,3 %, dizel yanacağının istehsalı isə 22,1 %, sürtkü yağlarının istehsalı 63,9 % artıb.

Həmçinin, bu ilin 9 ayında ölkədə 311,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 377,5 min ton ağ neft, 32,4 min ton yanacaq mazutu 198,3 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 92,2 %, neft koksunun istehsalı 34,3 %, ağ neftin istehsalı 5,8% artıb, yanacaq mazutunun istehsalı 23,6 % azalıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT