Azərbaycan və Rusiya vergi sahəsində pilot layihə hazırlayacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan Dövlət Vergi Xidməti (DVX) ilə Rusiyanın Federal Vergi Xidməti Moskvada keçirilən birgə işçi qrupun 3-cü iclası çərçivəsində protokol imzalayıblar.

İndex.az Vergi Xidmətinə istinadən xəbər verir ki, sənədə əsasən tərəflər gələcəkdə vergi inzibatçılığı sahəsində, o cümlədən ƏDV inzibatçılığı və yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi sistemləri, elektron kommersiyaya nəzarət, iri ticarət mərkəzlərində operativ nəzarət mexanizmləri sahələrində mütərəqqi təcrübələr barədə məlumat mübadiləsi aparmağı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) çərçivəsində məlumat mübadiləsi sisteminin təcrübəsi əsasında maliyyə informasiyalarının mübadiləsi və ondan istifadə edilməsini, eləcədə təsərrüfat subyektlərinin sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması ilə bağlı imkanları nəzərdən keçirməyi qərara alıblar.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT