Gürcüstanın Azərbaycana 4,4 milyon dollar borcu var – RƏSMİ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu il oktyabrın 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana borcu 4,4 milyon ABŞ dolları təşkil edib.

İndex.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, borcun məbləği sentyabrda dəyişməyib.

Gürcüstanın ümumi xarici dövlət borcu isə 7,9 milyard dollara bərabərdir ki, bunun da 7,5 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın digər qonşu ölkələrə - Türkiyə (8,529 milyon dollar), Rusiya (31,57 milyon dollar) və Ermənistana (4,21 milyon dollar) olan borcu da aylıq müqayisədə dəyişməyib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT