Xaricə 38 milyon dollarlıq elektrik enerjisi ixrac etmişik

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 37 749,35 min ABŞ dolları 934 776,07 min kVt-saat elektrik enerjisi ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,3%, həcmi isə 13,8% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 59 802,34 min ABŞ dolları dəyərində 1 323 516,99 min kVt-saat elektrik enerjisi ixrac edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT