Bu il ölkəyə xaricdən 65 minə yaxın maşın gətirilib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 64 954 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.
İndex.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu ilin 9 ayında ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 659,1 milyon ABŞ dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 42,45 % və 68,1 % çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 18,5 % artaraq 141 ədəd (20,1 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 68,1 % artaraq 60 578 ədəd (562,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 8 779-u (54 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 93-ü (2,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 34,5 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 73,45 % artaraq 4 123 ədəd (64,2 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,4 % artaraq 112 ədəd (12,6 milyon ABŞ dolları dəyərində) olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT