Keçmiş bələdiyyə sədri həbs olundu

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bərdə rayonu, Şorəlli kənd bələdiyyəsində yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Şorəlli bələdiyyəsinin sabiq sədri Raqub Kərimov işlədiyi müddət ərzində öz qulluq səlahiyyətlərindən istifadə edərək vətəndaşdan rüşvət almaqla torpaq sahələrini geri tarixlərə sənədləşdirib, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, Raqub Kərimov qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT