Sənaye istehsalı 5% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabt aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 36,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çox sənaye məhsulu istehsal edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 19,6% artıb.

Sənaye məhsulunun 62,4%-i mədənçıxarma sektorunda, 31,8%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,7% azalıb, əmtəəlik qaz hasilatı isə 19,3% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 88,8%, tikinti materiallarının istehsalı 72,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 65,4%, tütün məmulatlarının istehsalı 56,9%, elektrik avadanlıqlarının istehsalı 53,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 46,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 42%, kağız və karton istehsalı 28,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,1%, neft məhsullarının istehsalı 17,7%, hazır metal məmulatlarının istehsalı 16,8%, kimya sənayesi məhsullarının istehsalı 16,1%, metallurgiya sənayesi məhsullarının istehsalı 15,6%, kompüter, elektron və optik məhsulların istehsalı 13,6%, qida məhsullarının istehsalı 9,3%, içki istehsalı 3,4%, mebel istehsalı 1,9% artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,1%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 11,8%, geyim istehsalı 13,2%, poliqrafiya məhsullarının istehsalı 42,8%, sair nəqliyyat vasitələrinin istehsalı 90% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,9% artıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT