SOCAR neft ixracını 22 % artırıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 4,5 milyon ton neft ixrac edilib.

İndex.az-ın SOCAR-ın üçüncü rüb üzrə hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 % artıb.

Qeyd edək ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.

Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox - 48 % artırılaraq, 4,4 milyard kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 % çoxdur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT