Qeyri-neft sektoru üzrə vergi daxilomlaları 10,4% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 706,7 milyon manat olub, proqnoza 114,9 % əməl edilib.

İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 609,6 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 10,4 % və ya 442,7 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 % artaraq 3 milyard 600,3 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 700,9 milyon manat olmaqla, proqnoz 115,7 % icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 6,3 % artıb.

Ödənilən vergilərin 74,1 %-i qeyri-neft-qaz sektorunun, 25,9 %-i neft-qaz sektorunun payına düşüb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT