“Dəmir Bank”ın təminatsız kreditorlarına ödəniş ediləcək

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Dəmir Bank" ASC-nin kreditorlarına müraciət edib.

İndex.az xəbər verir ki, müraciətdə deyilir ki, sabahdan növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlara növbəti dəfə ödəniş ediləcək. Ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim edə bilərlər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan