Azərbaycan aviaşirkəti 50 milyon dollarlıq istiqrazlar buraxır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” 50 milyon dollar dəyərində istiqrazların emissiyasını planlaşdırır.

İndex.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, istiqrazların tədavül müddəti 3 il, illik gəlirlilik – 5% (faizlərin ödənişi übdə bir dəfə həyata keçiriləcək) təşkil edəcək.

Cəlb olunan vəsaiti şirkət genişləndirmə çərçivəsində yeni layihələrin reallaşdırılması, həmçinin cari layihələrin reallaşdırılmasının sürətləndirilməsinə yönəldəcək.

Emissiyanın ilk tranşı 25 milyon dollar təşkil edəcək və hər birinin nominal dəyəri 1 min ABŞ dolları, olan 25 min ədəd istiqraza bölünəcək.

Yerləşdirmə üzrə anderrayter qismində “PAŞA Capital” İnvestisiya Şirkəti çıxış edəcək.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT