"Xaliq Faiqoğlu" məhkəməyə verildi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda əsasən avtobus və yük avtomobillərinin satışını həyata keçirən "Grand Motors" MMC sərnişindaşıma həyata keçirən şirkəti məhkəməyə verib.

Banker.az xəbər verir ki, şirkət "Xaliq Faiqoğlu" MMC ilə bağlı kommersiya məhkəməsinə müraciət edib.

Müraciətin səbəbi müqavilədən (alqı-satqı) irəli gələn öhdəliklər üzrə mübahisədir. Məsələyə Bakı Apelyasiya Məhkəməsində baxılır.

"Xaliq Faiqoğlu" Bakı şəhəri daxilində ictimai sərnişindaşımaları həyata keçirən şirkətdir.

"Grand Motors" MMC 2005-ci ilin sentyabr ayında təsis edilib. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurub.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT