Gələn il metroda təmassız ödəniş etmək mümkün olacaq

“Bakı Metropoliteni” QSC gələn ilin I yarısında sərnişinlərə təmassız ödəniş etmək imkanı verəcək.

İndex.az xəbər verir ki, bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu layihə üzrə texniki dizayn işləri həyata keçirilir: “Sərnişinlər QR koddan və yaxud mobil telefona yüklənəcək tətbiqdən istifadə etməklə NFC texnologiyası vasitəsilə təmassız ödəniş edə biləcək. Layihə çərçivəsində hətta bank kartları vasitəsilə ödəmələrin edilməsi üzərində düşünülür. Bu sahədə beynəlxalq təcrübə yaxından araşdırılır”.

Metro sözçüsü əlavə edib ki, təmassız ödəniş üçün turniketlərin dəyişdirməsinə ehtiyac olmayacaq: “Bütün işlər proqram təminatı səviyyəsində həll olunacaq. Ümumiyyətlə texniki dizaynın tərkibində ən vacib məsələ təhlükəsizlikdir. Bu məsələyə xüsusi diqqət yetirilir. Bura ödənişin vaxtında qəbulu, mobil əlavənin sabit işinin təmin olunması kimi bir sıra mühim məsələlər daxildir. Bu işlərin ilin sonuna kimi tamamlanması nəzərdə tutulur. Daha sonra sistemin test edilməsinə başlanacaq və gələn ilin ilk yarısında yeniliyə start veriləcək”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan