"NEQSOL Holding" Ukraynanın tikinti bazarına yatırım edəcək

"NEQSOL Holding" Ukraynanın tikinti materialları və sement bazarına investisiya yatırılması üçün imkanları nəzərdən keçirir.

Index.az xəbər verir ki, bunu "NEQSOL Ukraine" şirkətinin direktoru Vladimir Lavrençuk bildirib.

O xatırladıb ki, "NEQSOL Holding" artıq Ukraynada bir sıra iri layihələrə yatırım edib: "İndi isə biz tikinti materiallarına investisiya yatırmaq üçün imkanları nəzərdən keçiririk".

NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan