Dövlət xətti ilə nə qədər mənzil kirayəyə verilib?

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 35 810 borcalana 1 926,698 milyon manat kredit verib.

İndex.az fonda istinadən xəbər verir ki, qurum bəyan edib ki, indiyə qədər 233,878 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 050 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan