Fəaliyyətini müvəqqəti dayandıran şirkətin ƏDV öhdəliyi ləğv olunurmu?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bəzi şirkətlər bu və ya digər səbəblərdən fəaliyyətlərini müvəqqəti dayandırırlar. Əgər ƏDV ödəyicisi olan şirkət fəaliyyətini müvəqqəti dayandırmaq haqqında qərar verirsə, ƏDV öhdəliyi ləğv olunacaqmı?

İndex.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Aytən Abdıyevanın sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan hallar istisna edilməklə ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur.

Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergiödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

“Bu zaman ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergiödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər”, - deyə iqtisadçı qeyd edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT