Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, səkkiz oktyabr tarixindən 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşviqabad qəsəbəsi - “20 Yanvar” m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, daha öncə 160 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT