“Wizz Air Abu Dhabi” yeni istiqamətlərdə uçuşlara başlayacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Macarıstanın aşağıbüdcəli aviaşirkəti "Wizz Air"in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti ilə birgə yaratdığı "Wizz Air Abu Dhabi" aviaşirkəti yeni istiqamətlərdə uçuşlara başlayacaq.

İndex.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, loukoster bu həftədən Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya, eləcə də Ukraynanın liman şəhəri Odessaya reyslər yerinə yetirəcək. Uçuşlar həftədə 2 dəfə baş tutacaq.

Oktyabrın 31-dən isə "Wizz Air Abu Dhabi" Omanın Maskat şəhərinə həftəyə 3 dəfə uçuşlar həyata keçirəcək.

Dekabr ayından isə aviaşirkət Qazaxıstanın Almatı, Misirin Sohaq və Gürcüstanın Kutaisi şəhərlərini öz istiqamətləri siyahısına əlavə edəcək.

Report

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT