Bakıda ilk Alman-Azərbaycan Dayanıqlılıq Forumu keçiriləcək

Oktyabrın 12-də “1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021” (“1st German-Azerbaijani Sustainability Forum 2021”) tədbiri keçiriləcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) verilən məlumata görə, Forum Azərbaycanda dayanıqlı su və tullantı sularının idarə edilməsi mövzusu üzrə alman şirkət nümayəndələrinin Azərbaycana 4 günlük işgüzar səfərinin bir hissəsidir. Bu layihə Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Alman Federal Nazirliyi tərəfindən maliyyələşdirilir.

Azərbaycana mebel idxalı artıb
"Milla" süd markası şəhid və qazi ailələri üçün maarifləndirici və əyləncəli tur təşkil edib - FOTO
Mediatorlar üçün icbari tibbi sığorta haqları müəyyən edilib
Forumda sənaye sahəsində suyun və tullantı sularının idarə edilməsində dayanıqlılıq, eləcədə kənd təsərrüfatında suyun istifadəsi və təchizatında səmərəlilik mövzuları müzakirə olunacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan