Azərbaycanda nə qədər internet sayt var?

Azərbaycanın milli domen zonasında (".az") 37 891 internet resursu qeydə alınıb.

"APA-Economics"in "WHOIS" portalının hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin əvvəlindən ".az" domenində qeydiyyatdan keçən saytların sayı 5,3% artıb.

Azərbaycanda torpaqlardan istifadədə uyğunsuzluqlar yaxın beş aya aradan qaldırılacaq
Nərimanov rayonunda bir küçə əsaslı təmir olunub – FOTO
Azərbaycan və Ukrayna avtomobil daşımalarında əməkdaşlığı müzakirə edib - FOTO
Qeydə alınan saytların ümumi sayının 35 444-ü birinci səviyyəli domen zonasına aiddir ki, bu göstərici üzrə yanvar-sentyabr ayları ərzində 5,4% artım müşahidə olunub.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə bu ilin ilk doqquz ayında qeydiyyatdan keçən saytların sayı 1,7% artaraq 1 352 ədəd təşkil edib. Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 524 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlinin göstəricindən 11,2% çoxdur.

Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.


Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçən saytlar

org.az 172
co.az 136
info.az 108
net.az 71
int.az 28
biz.az 26
pp.az 19
name.az 10
pro.az 1

Bizi Facebook-da izləyin: INdexAzerbaijan