Image description

2021-ci ilin yanvar-fevral ayları ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.115, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 558 vahid təşkil edib.
Bu barədə İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə fəaliyyəti passivləşmiş (fəaliyyəti dayandırılmış) hüquqi şəxslərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6 faiz, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,5 faiz azalıb.
2021-ci ilin iki ayında qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.281 vahid çoxdur.
Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,3 faizi kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,3 faiz artıb. Hazırda ümumi kommersiya qurumlarının 58,3 faizinin vəziyyəti aktivdir. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb və hazırda 23.627 təşkil edir.
2021-ci ilin 1 mart tarixinə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 270-dir.
2021-ci ilin yanvar-fevral aylarında 134 xarici investisiyalı kommersiya hüquqi şəxsləri qeydiyyata alınıb ki, onların da 32,1 faizi ticarət, 27,6 faizi xidmət, 10,4 faizi tikinti, 29,9 faizi digər sahələrdə fəaliyyət göstərirlər.