Image description

“Muğan Bank” ASC nizamnamə kapitalını daha 5 milyon manat və yaxud 10,5% artıraraq 102,5 milyon manatdan 107,5 milyon manata çatdıracaq.
İndex.az Banka istinadən xəbər verir ki, bu barədə qərar “Muğan Bank”ın səhmdarlarının martın 11-də keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. Məqsəd Bankın kapital mövqeyinin möhkəmləndirilməsidir.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 25 000 yeni adi, sənədsiz, adlı səhm buraxılacaq. Qiymətli kağızları Bankın mövcud səhmdarları alacaq.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.
Report